NATO Baş katibi Yens Stoltenberq və Gürcüstan Baş naziri İrakli Qaribaşvili Brüsseldə görüşüb.
Bu barədə Stoltenberq “Twitter“də bildirib.
“NATO-nun yaxın tərəfdaşı olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdüm. Biz Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsini müzakirə etdik. NATO hər bir ölkənin suverenliyini, ərazi bütövlüyünü və öz yolunu seçmək hüququnu, həmçinin Gürcüstanın Avro-Atlantika məkana inteqrasiya istəklərini tam dəstəkləyir”, – Stoltenberq bildirib.