“NATO-nun genişlənməsi Avropaya təhlükəsizlik gətirməyəcək” –PESKOV

“NATO-nun genişlənməsi Avropa qitəsinə təhlükəsizlik gətirməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İsveç və Finlandiyanın alyansa qoşulmaq niyyətini şərh edərkən deyib. “Biz dəfələrlə demişik ki, NATO qarşıdurma üçün alətdir, sülh və sabitliyi təmin edən ittifaq deyil”, – Kreml sözçüsü vurğulayıb.

Peskov bundan əvvəl də bildirmişdi ki, o, NATO-nun İsveç və Finlandiyanın alyansa daxil olması yolu ilə daha da genişlənməsini Rusiya üçün ekzistensial təhlükə hesab etmir. Eyni zamanda, o qeyd edib ki, bu halda Rusiya qərb cinahını daha çox təkmilləşdirməli olacaq.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanın 21 aviaşirkətinə Avropa İttifaqına uçmaq qadağan edildi

Sonrakı məqalə

Xorvatiya Rusiyanın 18 diplomatını ölkədən çıxarır