“NATO qoyun dərisinə girmiş canavardır” - VOLODİN

“Vaşinqton və NATO Ukraynadan istifadə edərək dünyada qeyri-sabit vəziyyət yaradır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Spiker qeyd edib ki, müdafiə məqsədi ilə yaradılan NATO əslində qoyun dərisinə girmiş canavardır:

“NATO-nun qoyun dərisindəki canavar olduğu ortaya çıxdı. O, ancaq hücum etdi, insanlara əzab verdi, dövlətləri məhv etdi. Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya… İndi Vaşinqton NATO-dan istifadə edərək Kiyev terror rejimini silah-sursatla gücləndirir və hegemonluğunu saxlamaq üçün dünyada vəziyyəti qeyri-sabit hala salır. Bu da qlobal fəlakətə səbəb olur”, – Volodin yazıb.

Azpost.info

Əvvəlki məqalə

Rusiya raketlərinin sayı barədə məlumatı açıqlamaqdan imtina edib

Sonrakı məqalə

Naxçıvanda un üçün ayrılan subsidiya Vasif Talıbovun şirkətinə verilib