NATO Türkiyəni Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırdı –Ankara cavab verdi

NATO baş katibi Stoltenberq bəyan edib ki, Alyans Rusiyaya qarşı sanksiya tətbiqini bütün müttəfiqlərindən gözləyir.
Azpost.info CNN Türk-ə istinadən bildirir ki, bu həmçinin Türkiyəyə işarə kimi baxılır.
“Biz gözləyirik ki, bütün müttəfiqlərimiz sanksiyalar tətbiq edəcəklər. Biz bu yolla Rusiyaya bahasını ödətdirə bilərik. Mən bunu cənab Çavuşoğluya da dedim. Türkiyə burada çox mühüm rol oynayır”-deyə Stoltenberq vurğulayıb.
Türkiyənin cavabı gecikməyib. 
“Türkiyə hazırda Rusiyaya qarşı sanksiya tətbiq etməyi planlaşdırmır”. Bu barədə prezident Ərdoğanın sözçüsü İbrahim Kalın bəya edib. Onun sözlərinə görə, Ankara etmad kanalını açıq saxlamaq istəyir.
“Biz həmçinin iqtisadiyyatımızın ziyan çəkməsini istəmirik”-deyə o bildirib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda inflyasiya açıqlandı –

Sonrakı məqalə

Ceyhun Bayramov Türkiyədə ATƏT-in Baş katibi ilə görüşüb