“NATO Türkiyənin “taxıl sazişi”ni bərpa etmək cəhdlərini dəstəkləyir”- Culian SMİT

“NATO Alyansın bir sıra üzvlərinin Ukraynadan ərzaq ixracını asanlaşdırmaq üçün əlavə addımlar atması imkanını nəzərdən keçirir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirib.

“Biz Rusiyanın “taxıl sazişi”ndən çıxdığını elan etməsi fonunda ukraynalıların taxıl ixracını necə davam etdirmək niyyətində olduqları ilə bağlı fikirlərini dinləyəcəyik”, – Smit deyib.

Smit həmçinin qeyd edib ki, NATO Türkiyənin “taxıl sazişi”ni bərpa etmək cəhdlərini dəstəkləyir.

Azpost.info

Əvvəlki məqalə

Müddətsiz əlillik təyin olunacaq yeni ürək xəstəlikləri müəyyənləşdirilib

Sonrakı məqalə

“Türkiyə Çinlə əməkdaşlığı genişləndirmək istəyir”