“NATO Ukraynada əməliyyatın bitməməsi üçün hər şeyi edir” –LAVROV

“Rusiya və Ukrayna mümkün razılaşma layihəsi ilə bağlı demək olar ki, hər gün videobağlantı vasitəsilə danışıqlar aparır”.

Azpost.info xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu Çinin “Sinxua” xəbər agentliyinə müsahibəsində deyib “Tərəflər denazifikasiya və yeni geosiyasi reallıqların tanınmasını, rus dilinin statusunu, sanksiyaların ləğvini müzakirə edirlər”, – XİN rəhbəri bildirib.

Lavrov Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiyanın mövqeyini də ifadə edib: “Mümkün variantlardan biri kimi, qarant dövlətlər institutunun yaradılması nəzərdə tutulur ki, onların arasında ilk növbədə Rusiya və Çin də daxil olmaqla BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də var”.

Onun sözlərinə görə, danışıqlar heç də asan keçmir: “NATO siyasi razılaşmalar əldə etməklə xüsusi əməliyyatın başa çatmasının qarşısını almaq üçün hər şeyi edir”. XİN rəhbəri ABŞ və NATO rəhbərliyini düşünməyə və Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb: “Ukrayna xalqına “Stinger” və “Javelin”lər yox, təcili humanitar məsələlərin həlli lazımdır. Rusiya bununla 2014-cü ildən məşğuldur”.

Azpost.info

Əvvəlki məqalə

Laçında minaya düşən fəhlə vəfat edib

Sonrakı məqalə

“Qərb qızıl-valyuta ehtiyatlarımızı oğurlayır” –