Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnıya qarşı terror ittihamı üzrə yeni cinayət işi açılıb.
Azpost.info xəbər verir ki, ittiham təsdiqini taprsa, onu ömürlük həbs cəzası gözləyir.
Bu barədə Navalnı Basmannı məhkəməsinin bugünkü iclasında məlumat verib.
“Müstəntiq mənə dedi ki, terror hadisəsi ayrıca qeyd olunub. Guya mən həbsxanada olarkən terror aktları törədirəm və işə hərbi məhkəmə baxacaq. Orada məni artıq ömürlük həbs gözləyir”, – siyasətçi videobağlantı ilə qoşulduğu iclasda bildirib.
Navalnı 2021-ci ilin fevral ayından – Almaniyadan Rusiyaya qayıtdıqdan sonra “Noviçok”dan zəhərlənərək reabilitasiyadan keçdiyi vaxtdan həbsdədir. Sonra məhkəmə Federal Penitensiar Xidmətin tələbi ilə onun şərti cəzasını real cəza ilə əvəz edib.
Navalnı 2023-cü ilin yayında azad edilməli idi, lakin 2022-ci ilin iyununda dələduzluq işi üzrə hökm qüvvəyə minib və siyasətçi 9 il həbs cəzasına məhkum edilərək Melexovo kəndindəki islah koloniyasına köçürülüb.
Azpost.info