“Navalnının azad edilməsi Ukrayna üçün ən pis variantdır” –Zelenskinin müşaviri

“Putinin ölümü Ukraynaya sərfəli deyil” – Zelenskinin müşaviri

“Rusiya prezidenti Vladimir Putinin ölümü Ukraynaya sərfəli deyil”.

Azpost.info xəbər verir ki, bunu Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib. “Bizim üçün ən yaxşı variant Putinin bir müddət daha yaşamasıdır ki, Rusiyanı sanksiyalarla tam sındırsınlar”, – o deyib.

Arestoviçə görə, Ukrayna üçün ən pis variant müxalifət lideri Aleksey Navalnının həbsdən azad edilməsi və ya başqa bir müxalifət liderinin yüksəlişidir: “Bu, Putinin ölümü və ya hakimiyyətdən getməsindən sonra mümkün olacaq. Əsl parlamentarizm təşkil edəcəklər, bir neçə siyasi partiya olacaq. Onlar Qərblə razılığa gələcəklər. Qərb razılığa can atır. Sanksiyalar, o cümlədən yüksək texnologiyalılarla bağlı məhdudiyyətlər götürüləcək və onlar qlobal istehsalla ayaqlaşmağa başlayacaqlar”.

Azpost.info

Əvvəlki məqalə

İrlandiya Rusiyadan gələn gəmilər üçün limanlarını bağlayır

Sonrakı məqalə

Aslan İsmayılovun Vəkillər Kollegiyasına üzvlüyü bərpa edilib