Nazarbayevin qardaşının keçmiş gəlininə 7 il həbs cəzası verilib

Bu gün Astana məhkəməsi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının keçmiş həyat yoldaşı Gülmira Satıbaldı qanuna tabe olmamaqda və adam oğurluğunda təqsirli bilib.

İnterfax-ın məlumatına görə, məhkəmə onu 7 il müddətinə azadlıqdan məhrum edilib.

“Gülmira Satıbaldı təqsirli bilinsin və əmlakı müsadirə olunmadan 7 il müddətinə azadlıqdan məhrum edilsin”, – prosesə sədrlik edən hakim Kemenger İmaşev hökmü elan edərkən deyib.

Bundan başqa, məhkəmənin hökmünə əsasən, dövlət başçısına Gülmira Satıbaldının dövlət mükafatı – “Kurmet” ordenindən məhrum edilməsi ilə bağlı təqdimat veriləcək.

İş üzrə ikinci təqsirləndirilən şəxs Madi Batırşayev də təqsirli bilinərək əmlakı müsadirə olunmadan 7 il, onların digər şəriki Rəşid Utebekov isə əmlakı müsadirə olunmadan 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Gülmira Satıbaldı Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu olan Kayrat Satıbaldının keçmiş həyat yoldaşıdır və “Forbes Kazakhstan” jurnalına görə ölkənin ən nüfuzlu iş adamları siyahısına daxil edilib.

Əvvəlki məqalə

Rostovda neft zavoduna PUA hucumu olub

Sonrakı məqalə

Azərbaycan Prezidenti İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib