Nazir Rəşad Nəbiyev Cüdo Federasiyasının yeni prezidenti seçilib

01 Noyabr 2021 - 17:47

Azərbaycan Cüdo Federasiyasında (ACF) növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Növbədənkənar seçkidə federasiyanın yeni rəhbərliyi bəlli olub. 2015-ci ildən ACF-nin prezidenti seçilən Rövnəq Abdullayevi rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əvəzləyib. O, növbəti 5 ildə quruma rəhbərlik edəcək.