Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən may ayının 27-də Quba Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 26.05.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.