Neçə fincan kofe içmək sağlamlığa ziyan verir? –Həkim rəyi

Endokrinoloq Zuxra Pavlova qəhvənin hansı hallarda orqanizmə zərər gətirə biləcəyini açıqlayıb.

Azpost.info-nun məlumatına görə, həkim alimlərin apardığı yeni təcrübənin nəticələrinə istinad edərək bildirib ki, gündəlik 400 ml-dən çox kofein və ya dörd porsiya espresso içmək sağlamlığa zərər verə bilər. Onun sözlərinə görə, bu, hətta sağlam insanlara da aiddir. Pavlova həddindən artıq qəhvə istehlakının nəticələrini sadalayıb: “Qan təzyiqi yüksəlir, ürək daha sürətli döyünür və daha uzun müddət sakitləşə bilmir, bu da bədəndəki yükün çox artması deməkdir”.

Bu baxımdan o, gündə dörd fincandan çox qəhvə içməməyi tövsiyə edib. İki və ya üçüncü fincanda dayanmaq yaxşıdır. “Bəzi insanlar kofeinə daha həssasdırlar. Buna görə də hətta daha az həcmdə kofe içmək mənfi təsir edə bilər” -deyə endokrinoloq öz Telegram kanalında yazıb.

Z.Pavlova eyni zamanda bu içkini  pislənməsinin əleyhinə çıxıb. Orta miqdarda kofe içmək qocalmaya maneə törətdiyini, xərçəng riskini azaldığını və gümrahlıq yaratdığını xatırladıb. Bundan əlavə, mütəxəssis qəhvənin düzgün içilmə qaydasını da açıqlayıb. Həkim kofeni səhər yeməyindən yalnız bir saat sonra içməyi tövsiyə edib.

Əvvəlki məqalə

Moskvaya doğru uçan 10 pilotsuz təyyarə vurulub

Sonrakı məqalə

Ukrayna Kursk bölgəsinə hücum zamanı əlavə uğurlar əldə edib –