“Neft embarqosuna baxmayaraq, Rusiya şirkətləri ixracı azaltmadılar”- “Bloomberg”

“Neft embarqosuna baxmayaraq, Rusiya neft şirkətləri nəinki ixracı azaltmadılar, hətta artırdılar”.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentliyin hesablamalarına görə, aprelin son həftəsində Rusiyanın neft ixracı sutkada 4 milyon bareli keçib. Hindistan Rusiya neftinin əsas alıcısına çevrilib və mart ayında bir barel üçün 70,18 dollar ödəyib ki, bu da tavandan yuxarıdır.

“Bloomberg”in məlumatına görə, Rusiyadan gündə 1 milyon bareldən çox neft transponderləri söndürən və ya təyinat limanına məlumat verməyən tankerlər vasitəsilə ixrac edilir. Bu tədbirə əl atmaq tankerlərə marşrutlarını və təyinat limanlarını gizlətməyə kömək edir.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan Zod istiqamətində mövqelərimizə zərbə PUA-ları tətbiq edir –

Sonrakı məqalə

Moskva Kılıcdaroğluna cavab verdi –