“2022-ci ildə Prezident olsaydım Rusiya Ukraynada hərbi əməliyyata başlamayacaqdı”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp Miçiqan ştatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada neftin qiyməti çox ucuz olsaydı, Ukraynada müharibə də olmazdı.
Siyasətçinin fikrincə, bu, neftin çox aşağı qiymətləri səbəbindən baş verəcəkdi, bu isə Rusiyaya qonşu dövlətin ərazisində hərbi əməliyyatlar keçirməyə icazə verməyəcəkdi.
“Prezident olsaydım dünyada neftin qiyməti o qədər aşağı olacaqdı ki, Rusiya Ukraynanın işğalına imkanı olmayacaqdı. Qiymət 40 dollar/barel olacaqdı”, – deyə Tramp çıxışı zamanı deyib.
ABŞ-ın keçmiş prezidenti əlavə edib ki, hər cür imkanı olsa da hazırkı dövlət başçısı Bayden Ukraynadakı hərbi münaqişəni mümkün qədər tez bitirmək üçün heç nə etmir.
Əvvəllər Tramp dəfələrlə bəyan edib ki, ABŞ prezidenti seçilərsə, Ukrayna böhranını 24 saat ərzində həll etməyə hazırdır. O, Ukraynadakı vəziyyətin həlli ilə bağlı təkliflərinin konkret təfərrüatlarını açıqlamayıb. Tramp deyib ki, öz sülh planının təfərrüatları barədə danışmağa başlasa, “bütün kozırlarını itirəcək”.
Donald Tramp Respublikaçılar Partiyasından 2024-cü il seçkilərində ABŞ prezidentliyinə əsas namizəddir.
Azpost.info