Niderland ruslara məxsus 14 yaxtaya ölkədən çıxışı qadağan edib

Niderland gömrük orqanları sanksiyalara görə 14 rusiyalının yaxtasının ölkədən çıxışına qadağa qoyub. Xarici işlər naziri Vopke Hukstra bildirib ki, yaxtalar rəsmi olaraq sahiblərinə verilə bilməz.

Azpost.info xəbər verir ki, bu barədə “NOS” nəşri məlumat yayıb. Məlumata görə, XİN rəhbəri bununla bağlı Nümayəndələr Palatasına məktub ünvanlayıb. Qadağa tikilməkdə olan 12, təmirdə olan 2 yaxtaya, o cümlədən uzunluğu 35 metrdən çox olan superyaxtalara aiddir.

Azpost.info

Əvvəlki məqalə

Yunanıstan 12 rus diplomatını “persona non qrata” elan etdi

Sonrakı məqalə

Vladimir Jirinovski öldü