Niderland Baş naziri Mark Rutte və onun kabineti miqrant axınının azaldılması ilə bağlı tədbirlərlə bağlı razılığa gələ bilmədiyi üçün istefa vermək qərarına gəlib.
Azpost.info xəbər verir ki, hökumət başçısı istefa qərarını mətbuat konfransı zamanı açıqlayıb.
Son zamanlar 4 partiyadan ibarət koalisiya miqrant böhranını həll etmək üçün çıxış yolu axtarır. Rutte və onun Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası qaçqınlar üçün ölkəyə giriş icazələrinin sayının məhdudlaşdırılmasını təklif ediblər.
Baş nazir həmçinin iki pilləli sistemin yaradılmasını müdafiə etdi ki, bu sistemə görə vətənlərində təqib təhlükəsi altında olan insanlar müharibə zonasından qaçanlarla müqayisədə sığınacaq almaq hüququna daha çox malik olsunlar.
Üç günlük məsləhətləşmələrdən sonra nazirlər razılığa gələ bilməyiblər.
Tezliklə bütün hökumətin istefası krala təqdim olunacaq. Nazirlər Kabineti müvəqqəti ofis kimi fəaliyyətini davam etdirəcək. Seçkilərin noyabrın ortalarında keçirilməsi gözlənilir.
Azpost.info