Nigerdə hərbi xunta Fransa səfirini ölkədən qovdu

Niger Xarici İşlər Nazirliyi Fransa səfirinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

Bbu barədə Niger XİN bəyanat yayıb.

Fransa diplomatının ölkədən çıxarılmasının səbəbi isə onun Niger XİN rəhbəri ilə görüşə dəvətdən imtina etməsi ilə bağlıdır.

Xatırladaq ki, Nigerdə iyul ayında çeviriliş olub, hərbi xunta hakimiyyətə gəlib.

Əvvəlki məqalə

Quterreş Lavrovla taxıl sazişini müzakirə edib

Sonrakı məqalə

Qubada yük maşını iki qadını vurub