“Avropa İttifaqı Nigerdə çevriliş nəticəsində hakimiyyətə gələn qüvvələri tanımır”.
Azpost.info xəbər verir ki, bunu Aİ-ni xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsi Jozep Borrel bildirib.
“Avropa İttifaqı Nigerdə çevriliş nəticəsində formalaşmış hakimiyyəti tanımır və tanımayacaq. Konstitusiya quruluşu bərpa edilməlidir”, – o deyib.
Qeyd edək ki, Nigerdə baş verən çevrilişdən sonra prezident qvardiyasının rəhbəri – general Əbdürəhman Tiani özünü ölkənin lideri elan edib.
Azpost.info