Nikol Paşinyanın atası vəfat edib

16 Dekabr 2020 - 16:18

Ermənistanın Baş naziri Nikol Paşinyanın atası vəfat edib.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə “Nairi” tibb mərkəzindən bildirilib.
Vova Nikoloviç Paşinyan uzun sürən xəstəlikdən sonra 81 yaşında vəfat edib.
Tibb mərkəzinin direktoru Anatoli Qnuni məlumatı təsdiqləməyib, təkzib də etməyib. “İndi mən bu barədə heç nə deyə bilmərəm”, – deyə o bildirib.
Qeyd edək ki, Vova Paşinyan iki dəfə evlənib. Onun ilk evliliyindən üç oğlu var – Artak, Armen və Nikol.
Nikol Paşinyanın 12 yaşı olanda anası xəstəlikdən vəfat edib. Vova Paşinyan ikinci dəfə Yercanik Çibuxçyanla ailə qurub. Vova Paşinyan uzun illər yerli məktəblərdən birində bədən tərbiyəsi müəllimi işləyib.