“Niyə rus oliqarxlarına pullarını bizdə gizlətməyə imkan verdik?” –Avropa Parlamentinin rəhbəri

“Avropa Ukraynadakı müharibəni birbaşa və ya dolayısı ilə maliyyələşdirir və Rusiyanın təcavüzünü dayandırmaq üçün daha tez tədbir görmədiyinə görə məsuliyyət daşıyır”.

Azpost.info xəbər verir ki, CNN bunu Avropa Parlamentinin rəhbəri Roberta Metsolaya istinadən yazıb. “Niyə biz Putinə, onun ailəsinə, oliqarxlara və onu dəstəkləyən bütün insanlara pasportlarımızı, vətəndaşlığımızı satmaqla sığınacaq verdik?  Pullarını bizim ölkələrdə gizlətməyə imkan verdik. Əmin olmalıyıq ki, bu, bir daha baş verməyəcək”, – Metsola bildirib.

Kramatorsk dəmir yolu vağzalına hava zərbəsindən danışan Avropa Parlamentinin rəhbəri Ukraynada mülki şəxslərə qarşı bu hücumları beynəlxalq müharibə cinayəti adlandırıb.

Metsola həmçinin bildirib ki, Ukraynanın yeri Avropadır.

Azpost.info

Əvvəlki məqalə

BVF Ukraynaya pul göndərilməsi üçün xüsusi hesab açdı

Sonrakı məqalə

Sabaha olan hava proqnozu