Norveç Rusiya səfirliyinin 15 əməkdaşını “persona non-qrata” elan edib. Diplomatlar yaxın vaxtlarda ölkəni tərk etməlidirlər.
Azpost.info xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Hökumət Norveçdə diplomat kimi gizli fəaliyyət göstərən 15 kəşfiyyatçının “persona non-qrata” elan edilməsinə qərar verib. Zabitlər tezliklə Norveçi tərk etməlidirlər, – Norveç Xarici İşlər Nazirliyindən bildiriblər.
Norveçin xarici işlər naziri Anniken Hyuitfeld 15 səfirlik əməkdaşının ölkədən çıxarılması qərarının “arzuolunmaz kəşfiyyat fəaliyyətini” azaltmaq məqsədi daşıdığını deyib. Eyni zamanda, Norveç XİN Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarına viza verməyəcəyini bəyan edib.
Rusiya XİN Moskvanın Norveçin bu addımına cavab verəcəyini bildirib.
Azpost.info