ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkartinin ilk xarici səfəri İsrailə olacaq.
Azpost.info xəbər verir ki, bu barədə “Fox News” mılumat yayıb.
O, Təl-Əvivə İsrail parlamentinin yeni spikeri Əmir Ohananın dəvəti ilə gedəcək.
“ABŞ-İsrail münasibətləri həmişəkindən daha vacibdir və mən Əmir Ohananın dəvətini qəbul etməkdən qürur duyuram”, – Makkarti bildirib.
Makkarti Knesset qarşısında çıxış edəcək. Nümayəndələr Palatasının Knessetdə çıxış edən ilk və indiyədək yeganə spikeri 1998-ci ildə İsrailə səfər etmiş Nyut Qinqriçdir. Makkarti kimi Qinqriç də Respublikaçılar Partiyasının nümayəndəsi idi.
Azpost.info