“ABŞ-ın nüvə başlıqlarını Britaniya torpaqlarına qaytarılması Rusiyaya siqnaldır”.
Azpost.info xəbər verir ki, bunu Britaniyanın kimyəvi, bioloji və nüvə müdafiə qüvvələrinin keçmiş komandanı Xemiş de Bretton-Qordon bildirib.
Qordonun fikrincə, Rusiyanın Qərblə münasibətləri müharibə astanasında strateji tarazlıq mərhələsinə çatıb: “Əgər ABŞ Britaniyada nüvə silahı yerləşdirirsə, bu, Rusiyaya onların ciddi olduğuna dair bir mesajdır. Elə bir vəziyyətdəyik ki, qeyri-sabit ölkədəki tiran nüvə silahından istifadə etməklə hədələyir və onu dayandırmağın yeganə yolu cavab verəcəyimizi göstərməkdir”.
Azpost.info