“Nüvə şantajından istifadə edən yeganə ölkə Rusiyadır”- ABŞ dövlət katibi

“Bu, tamamilə məsuliyyətsiz bir ritorikadır”.

Azpost.info xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bunu Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarını şərh edərkən deyib.

“Ukraynaya qarşı təcavüzün ortasında nüvə silahı haqqında danışan, gizli və ya açıq şəkildə onlardan istifadə etməklə hədələyən yeganə ölkə Rusiyanın özüdür”, – deyən Blinken Rusiyanın nüvə şantajına etiraz edib.

Aprelin 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə Ukraynada sülhə nail olmaq üçün dialoqun yalnız yeni dünya nizamının hansı prinsiplərə əsaslanacağını müzakirə etmək zərurəti nəzərə alınmaqla aparıla biləcəyi bildirib. Onun sözlərinə görə, danışıqlar yalnız Rusiyanın qanuni maraq və narahatlıqları nəzərə alınmaqla baş tuta bilər.

Aprelin sonunda Nyu-Yorka səfəri zamanı ABŞ dövlət katibi ilə görüşüb-görüşməyəcəyi ilə bağlı suala cavabında Lavrov deyib ki, Rusiya heç vaxt dialoqla bağlı ciddi təkliflərdən imtina etmir.

Azpost.info

Əvvəlki məqalə

Zakir Həsənov yeni tikilmiş hərbi hissə ilə tanış olub –

Sonrakı məqalə

Sabah hava necə olacaq?