“Nüvə silahlarını Koreya yarımadasında yerləşdirməyəcəyik” –BAYDEN

ABŞ nüvə silahlarını Koreya yarımadasında yerləşdirməyəcək.

Bu barədə ABŞ Prezidenti Cozef Bayden Cənubi Koreya lideri Yun Sok Yol ilə Ağ Evdə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Cənubi Koreya Prezidenti qeyd edib ki, Amerika tərəfi Pxenyandan nüvə hücumu olacağı təqdirdə, qüvvələrin operativ şəkildə ölkəsində yerləşdiriləcəyinə əmin edib.

O əlavə edib ki, ABŞ və Cənubi Koreya şimaldan gələn təhlükənin qarşısının alınması üçün xüsusi planlar hazırlamaq üçün “nüvə məsləhət qrupu” yaratmaq barədə razılığa gəliblər.

Əvvəlki məqalə

Bayden Trampı “demokratiya üçün təhlükə” adlandırdı

Sonrakı məqalə

Laçın-Xankəndi yolundakı aksiya 137 gündür davam edir