Co Bayden keçmiş ABŞ prezidenti Barak Obamanın növbəti prezident seçkilərində qalib gəlməsinə imkan verməməyə çağırıb.
Azpost.info xəbər verir ki, Bayden bunu MSNBC telekanalına müsahibəsində deyib.
“Obamaya icazə verə bilmərik. Dörd il əvvəl prezident olan adamın bu seçkidə qalib gəlib yenidən prezident olmasına mane ola bilərik”, – Bayden bildirib.
Sələfi respublikaçı Donald Trampdan nə ilə fərqləndiyi ilə bağlı suala cavab verən Bayden “hər şeylə” cavabını verib.
Barak Obama ABŞ-ın 44-cü prezidentidir. O, 2009-cu ildən 2017-ci ilə qədər ardıcıl iki müddət ən yüksək hökumət postunu tutub.
Müsahibə zamanı Bayden onu da bildirib ki, özünü bu vəzifəyə ən təcrübəli namizəd hesab edir.
Azpost.info