Odessaya raket zərbəsi endirilib

Rusiya silahlı qüvvələri Odessaya raket zərbəsi endirib. Yanğın nəticəsində ölən və yaralananlar var.

UNİAN-ın xəbərinə görə, bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Maksim Marçenko “Telegram” kanalında bildirib.

“Odessadakı infrastruktur obyektlərindən birinə raket hücumu olub. Partlayış nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələ dəqiqləşdirilməyib”, – deyə Marçenko qeyd edib.

Əvvəlki məqalə

“Valeri Gerasimov ötən həftə Ukraynada olub” –

Sonrakı məqalə

Bayden Ukraynaya səfər etmək istəyir