Dövlət Dumasının deputatı və Çeçenistan rəhbəri Ramzan Kadırovun əmisi oğlu Adam Delimxanov özünün Telegram kanalında Kadırovla nahar edərkən çəkilmiş videonu yerləşdirib.
Azpost.info bildirir ki, videoda Delimxanov telefonunun ekranını göstərir, orada tarix və saat göstərilir – 2 iyul, bazar günü, saat 20:47.
Kadırovun “sağ əli” iyunun ortalarından bəri ictimaiyyətə görünmürdü. Delimxanovun bütün bu müddət ərzində harada olduğu məlum deyil. Təhlükəsizlik qüvvələrinə yaxın olan “Vçeka-OGPU”-nun telegram kanalı iddia edir ki, Delimxanovun ölümü və ya yaralanması onun sui-qəsd cəhdlərindən qorxmadan Məkkəyə həcc ziyarətinə getməsi üçün səhnələşdirilib.
Üstəlik, Delimxanovla çəkilən video yalnız “Çeka-OGPU”-nun yayımından sonra ortaya çıxıb.
İyunun 14-də politoloq və Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Kirill Sazonov bildirib ki, Delimxanov guya Zaporojye vilayətində öldürülüb, məxfilik səbəbindən onun cəsədi helikopterlə aparılıb.
Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı Dövlət Dumasının mətbuat xidmətinə istinadən xəbər verib ki, Delimxanov yaralanıb, lakin sağ qalıb. Bu xəbərin saxta olduğu ortaya çıxıb. Kadırov, “Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov və Dumanın spikeri Volodin də Delimxanovun sağ olduğunu bildiriblər.
Azpost.info