Ölkədə dəfn üçün verilən pul 33 faiz artacaq

Gələn il dəfn üçün müavinət xərclərinin maliyyələşdirilməsi üzrə tələb olunacaq vəsait 45 mln. manat olaraq müəyyənləşdirilib.
Bu, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.
Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin proqnoz göstəricisindən 11,4 mln. manat (33,9 faiz), 2020-ci ilin icra göstəricisindən isə 19,1 mln. manat (73,7 faiz) çoxdur.
Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DTX Zəfər Günü ilə bağlı paylaşım edib –

Sonrakı məqalə

Türkiyə XİN Zəfər Günü münasibətilə bəyanat yayıb