Ölüm hökmünün icrasına görə “lider” ölkələr- RƏQƏMLƏR

Beynəlxalq insan haqları təşkilatı “Amnesty İnternational” ötən il müxtəlif ölkələrdə 883 ölüm hökmünün icra edildiyini bildirib.

Azpost.info xəbər verir ki, bu məlumatlar təşkilatın illik hesabatında yer alıb.

Səudiyyə Ərəbistanı ötən il təkcə bir gündə 81 nəfərə ölüm hökmü tətbiq edilib. “Amnesty İnternational”bu rəqəmi “heyrətləndirici” adlandırır.

Çində ölüm hökmü icra edilsə də, bu bilgilər gizli saxlanılır. Bununla belə, hesabat müəllifləri bildirir ki, Çin son illərdə İranı (576 edam), Səudiyyə Ərəbistanını (196), Misiri (24) və ABŞ-ı (18) qabaqlayaraq dəhşətli qlobal reytinqdə birinci yerdə qərarlaşıb..

İran 2022-ci ildə 16 qadın və üç yeniyetmə olmaqla 582 nəfəri edam edib.

Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, Şimali Koreya və Vyetnamda ölüm hökmləri geniş şəkildə həyata keçirilir və Çində olduğu kimi, bu ölkələrdə də edam statistikası gizli saxlanılır.

Ölüm hökmlərinin ən böyük hissəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotiklərlə bağlı digər cinayətlərə görə tətbiq edilib. Məsələn, Sinqapurda 2022-ci ildə narkotiklərlə bağlı cinayətlərə görə 11 nəfər edam edilib.

Azpost.info

Əvvəlki məqalə

“Barselona” Messiyə müqavilə təklif edib

Sonrakı məqalə

Çin səfirliklərə Ukrayna bayrağı ilə bağlı qadağa qoyub