“On minlərlə ölən var, bu itkilər Şoyqunun vicdanındadır”- "VAQNER"in rəhbəri

“Vaqner”in qurucusu Yevgeni Priqojin Ukraynadakı müharibədə on minlərlə muzdlunun öldürüldüyünü və yaralandığını deyib.

Azpost.info xəbər verir ki, Priqojinin fikrincə, bu itkilər müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun vicdanındadır.

“Rusiya ordusunun rəhbərliyi “Vaqner”çilərə sursat verməkdən imtina etməsəydi, ölən və yaralananlar daha az olardı”, – Priqojin bildirib.

ABŞ kəşfiyyatının ötən ilin sonunda verdiyi məlumata görə, “Vaqner”də 50 minə yaxın adam döyüşüb. Onlardan yalnız 10 mini peşəkar hərbçilər, qalan 40 mini isə Rusiya həbsxanalarına cəlb olunmuş məhbuslardır.
Ağ Evin rəsmisi Con Kirbi mayın 1-də bildirib ki, “Vaqner” Baxmuta hücum zamanı ağır itki verib. ABŞ kəşfiyyatının hesablamalarına əsasən, şəhərə hücum zamanı 10 minə yaxın “Vaqner”çi həlak olub.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağ erməniləri bu halda ASAN Xidmətdən sənəd ala bilər…” –

Sonrakı məqalə

Sabah hava necə olacaq?