“Onlara neft göndəririk, pul veririk, bu, dəlilikdir”- TRAMP

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsə, ölkənin Çindən tam müstəqilliyinə nail olacağına söz verib.

Azpost.info xəbər verir ki, o, həmçinin Ağ Evə qayıdanda Çin üçün əlverişli ticarət rejimini ləğv edəcəyini deyib.

“Onlara neft göndəririk, pul veririk, bu dəlilikdir. Mən Çindən tam müstəqilliyə nail olacağam. Onların ölkəmizdə həddən artıq gücləri var”, – Tramp bildirib.

Bu arada, “Politico” yazıb ki, Ağ Ev ABŞ-ın Çinə investisiyalarını məhdudlaşdırmaq üçün görünməmiş tədbirlər tətbiq etməyə hazırlaşır. Co Bayden administrasiyası Pekinin texnoloji və hərbi inkişafını məhdudlaşdırmaq üçün biznes ictimaiyyəti, eləcə də ABŞ Ticarət Palatası ilə müzakirələr aparır.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya və Çin liderləri Qərbə meydan oxuya biləcək ittifaq yaradıblar”

Sonrakı məqalə

Naxçıvanda İrandan Niderlanda gedən maşın saxlanıldı –