“Onları siçovul kimi məhv etmək lazımdır”– Medvedev Polşanı hədələdi

“Nə qədər ki, ölkəni rusofoblar idarə edir Polşa ilə diplomatik münasibətləri saxlamağın mənası yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Mən Polşa ilə diplomatik əlaqələru saxlamaq üçün heç bir səbəb görmürəm. Nə qədər ki, hakimiyyətdə yalnız rusofoblar var, bu dövlət bizim üçün mövcud olmamalıdır”, – Medvedev qeyd edib.

O, bu fikirləri Varşavanın Rusiya səfirliyindəki məktəb binasını geri almaq qərarını şərh edərkən deyib.

Medvedev əlavə edib ki, Ukrayna polşalı muzdlularla doludur: “Onları üfunətli siçovullar kimi amansızcasına məhv etmək lazımdır”.

Azpost.info

Əvvəlki məqalə

Əli İnsanov Heydər Əliyevin yubileyinə qatılacaq, məzarı ziyarət edəcək –

Sonrakı məqalə

Çingiz Dəmiroğlunun partiyası özünü buraxdı –