“Hazırda 200-ə yaxın təşkilat qeydiyyata alınmaq üçün müraciət edib”.
Bunu Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, bu müraciətlər araşdırılır: “Araşdırmalar zamanı məlum olub ki, onların da böyük əksəriyyəti reketçiliklə məşğul olmaq istəyirlər. Hesab edirəm ki, hər müraciət edəni qeydiyyata almamalıyıq. Biz ictimai şuralarla qanunu da təkmilləşdirməliyik”.