“Ordu quruculuğumuz uğursuzluğa düçar oldu” –Paşinyandan etiraf

 “Bizim bu illərdəki ordu quruculuğumuz uğursuzluğa düçar oldu”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, ordu quruculuğunda fundamental problemlər olub. “Bütün bunlara hüquqi qiymət verilməlidir. Hansı səhvlər buraxılıb?”

Paşinyan deyib ki, keçmiş hakimiyyətlər ötən illərdə ordunu toxunulmaz və qapalı saxlayıb.

“Bəyanatlarla reallıq arasında uçurum olub. Təhlükəsizlik Şurasına ordudan “bir addım geriyə olmaz!” prinsipi ilə ön cəbhəni saxlayacaqlarına dair məruzə olunur, amma praktikada bu baş vermir. Bunlar ciddi müzakirə edilməlidir”-deyə baş nazir vurğulayıb.

Paşinyan deyib ki, müharibənin epizodları üzrə 1000 cinayət işi açılıb, 40 nəfər ittiham olunur.

Azpost.info

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Artıq bu torpaqlarda yad dildə bir yersiz bəyanat səslənməyəcək” –

Sonrakı məqalə

“Putin, İlham Əliyev və Paşinyanın üçtərəfli görüşünün vaxtı dəqiqləşməyib” –