“Orxan Fikrətoğlunu tanıyıram…Açıqlama vermirdim…Sözlərimi yozmayın” –Tahir Əmiraslanov danışdı

Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq rəhbəri Tahir Əmiraslanov açıqlama verib. 
Azpost.info bildirir ki, T. Əmiraslanov vəzifədən azad edilməsi ilə bağlı müzakirə olunan məlumatlara toxunub və yeni təyin olunmuş Orxan Fikrətoğluna uğurlar arzulayıb.
“Düzü heç bir açıqlama vermək istəmirdim. Amma dünəndən yüzlərlə jurnalist zəng edir. Zəhmət olmasa sözlərimi yozmayın. Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir. Onlar da mənı bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər”-deyə o bildirib.
T.Əmiraslanov bildirib ki, Azərbaycan Milli Kulinariya Assosiyasiyası İctimai Birliyinin və Dünya Oslam Kulinariya Birçlyinin Prezidentidir və bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışacaq.
“Orxan Fikrətoğlunu çoxdan tanıyıram. Aramızda salam var. Ona yeni işində uğur arzulayıram”.
O qeyd edib ki, Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiyasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var  və  müqavilə 2019- cu ildə yenilənib: “Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz , həm Assosiyasiya müqavilənı dəstəkləyir. Biz Dövlət və Milli maraqları, şəxsi və korparativ maraqlardan üstün bilirik”.
Əvvəlki məqalə

“ABŞ Orta Asiya ölkələrinə deyir ki, Rusiya artıq dağılıb” –

Sonrakı məqalə

“Rusiya Ukraynadan 100 milyon dollarlıq taxıl oğurlayıb” –