Ötən il vətəndaşlar dava-dərmana 1 milyard manata yaxın pul xərcləyib –Statistika

Ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 952 mln. manat vəsait xərclənib.

Вövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 24,8% çoxdur.

2021-ci ilin təkcə dekabr ayında satışların həcmi noyabr ayı ilə müqayisədə 8,9% artsada, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 3,3% azalaraq 100,8 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

Sonrakı məqalə

Ərəb turistləri Tovuza “Bəzgək” ovuna gəliblər –