“Rusiya və Çin 2001-ci ildə mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında saziş imzalayıblar. Hər ikisi prioritet olan məsələlərdə bir-birini dəstəkləyir”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Çinin vassalına çevrilməsi ilə bağlı son bəyanatını şərh edən rusiyalı nazir vurğulayıb ki, Moskva ilə Pekin arasında ən yaxın etimad münasibətləri yaranıb.
Onun sözlərinə görə, Rusiya Çindən heç bir təhlükə görmür: “Biz Çindən heç bir təhdid görmürük. Bizim bütün səviyyələrdə ən yaxın, etibarlı əlaqələrimiz var. Əgər Qərb dünyası arasında belə münasibətlər son dərəcə nadirdirsə, bu, bizim problemimiz deyil”, – Lavrov qeyd edib.
O əlavə edib ki, Çin sürətlə böyüyən, öz strateji məqsədləri olan və ardıcıl olaraq onlara nail olan bir gücdür. Eyni zamanda, Çin Rusiyanın əsas ticarət tərəfdaşıdır və iki ölkə arasında çoxşaxəli strateji əməkdaşlığın həcmi rekord göstəricilərə çatır.
Azpost.info