Özbəkistan Prezidentinin andiçmə mərasimi olub

Noyabrın 6-da Özbəkistan parlamenti Ali Məclisi və Senatının birgə iclasında yenidən seçilən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevinn andiçmə mərasimi keçirilib.

Mərasimdə Ali Məclisin və Senatın üzvlərindən başqa nazirlər, dövlət strukturlarının nümayəndələri, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib. Mərasimə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də qatılıb.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev prezident seçkiləri barədə danışıb. Bildirib ki, Şavkat Mirziyoyev seçicilərin 80,4 faizinin səsini qazanıb. Sonra o, yeni prezident vəsiqəsini Şavkat Mirziyoyevə təqdim edib.

Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev Vətənə və xalqa sədaqət andı içib.

O, çıxışında son illər Özbəkistanda həyata keçirilən iqtisadi layihələr, demokratik islahatlar haqqında söhbət açıb, xalqın həyat şəraitinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.

Oktyabrın 24-də keçirilən prezident seçkilərində 16 milyon nəfərdən çox insan səs verib.

Qeyd edək ki, Özbəkistanda prezident 5 il müddətinə seçilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı-Sumqayıt sürət qatarını daşa basanlar tutulub

Sonrakı məqalə

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Qarabağdakı vəziyyəti müzakirə edib