Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Özbəkistan lideri Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında fərman imzalayıb.

Azpost.info xəbər verir ki, Mirziyoyev bu barədə parlament palatalarının, siyasi partiyaların, məhkəmə və icra hakimiyyəti orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşü zamanı bildirib.

Qanuna əsasən, Mirziyoyev yenidən ölkə başçısı postuna namizədliyini irəli sürə bilər.

Hazırkı prezident ölkəyə 2016-cı ilin dekabrından bəri rəhbərlik edir.

Azpost.info

Əvvəlki məqalə

Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac edəcək

Sonrakı məqalə

Putin bu ölkələrin liderlərini Qələbənin ildönümü münasibətilə təbrik etdi