“Özbaşınalıq baş alıb gedib…Belə vəziyyətə dözməməliyik” –Ramiz Mehdiyev

“Ciddi nöqsanların sayı həddən artıq çoxdur. Hazırda korrupsiya idarəsində sənədləri hazırlayırlar və bizə də göndərəcəklər”.

Bunu AMEA prezidenti Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin növbəti iclasında deyib.

“Bu, əlbəttə, bir tərəfdən nəzarətsizliyin nəticəsidir, digər tərəfdən insanın mənəvi keyfiyyəti məsələsidir. Akademiya nə üçün bu vəziyyətə gəlib düşüb? Kimdir günahkar? Özbaşınalıq baş alıb gedib, heç kim digərindən bir şey soruşmayıb, tələb və nəzarət etməyib, institutlarda belə bir vəziyyət yaranıb.

Xəbərdarlıq etmək istəyirəm ki, belə vəziyyətə biz dözməməliyik, şəxsən mən məsuliyyət daşıyıram. Tək mən yox, Rəyasət Heyətinin üzvləri, vitse-prezidentlər. Belə məsuliyyətsizliyi, işə yanaşmanı qəti surətdə qəbul etmirəm”. (Qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da vaksin vuran uşaqlara 100 dollar mükafat veriləcək

Sonrakı məqalə

Milli Məclisdə Zəfər Günü ilə əlaqədar bəyanat müzakirə edilir