Özlərini QHT rəhbəri kimi təqdim edərək ordu üçün pul yığan şəxslər tutulub

02 Noyabr 2021 - 12:24

Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

DİN- rəsmisi bildirib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər. Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək.