Özünü metroda qatar yoluna atan şəxsin kimliyi məlum oldu- RƏSMİ

Daxili İşlər Nazirliyi Metronun “Neftçilər” stansiyasının platformasında özünü qatar yoluna atan şəxs barədə məlumat yayıb.

DİN-dən verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Məni Heydər Əliyev və Eduard Şevardnadze azərbaycanlı qızla “evləndiriblər”

Sonrakı məqalə

Deputatlar silahlarını da təhvil verib?