Pakistan Rusiya nefti üçün yuanla ödəniş etmək istəyir

“Pakistan yuanla neft almaq üçün Rusiya ilə uzunmüddətli müqavilə bağlamaq istəyir”.

Azpost.info xəbər verir ki, bunu ölkənin energetika naziri Xürrəm Dəstgir Xan “Bloomberg”ə bildirib.

İndiyədək Pakistan neftin pulunu dollarla ödəyib.

Xan xatırladıb ki, Pakistanın Çinlə sabit məzənnələr üzrə valyutaların qarşılıqlı mübadiləsi haqqında sazişi var: “Ümid edirik ki, Rusiya ilə uzunmüddətli sövdələşmə halında ödəniş Pakistan rupisi və Çin valyutasında olacaq. Bizə valyuta svopunun həcmini artırmaq lazım gələ bilər ki, yarana biləcək digər imkanlardan yararlana bilək”.

Azpost.info

Əvvəlki məqalə

“Ukrayna yekun əks-hücum planını hələ təsdiq etməyib”

Sonrakı məqalə

Putin 4 milyardlıq ödənişlə bağlı Türkiyəyə möhlət verdi