Pakistan parlamenti bazar ertəsi yeni Baş naziri seçəcək.
Azpost.info Dawn nəşrinə istinadən bildirir ki, bu barədə Pakistan parlament sədrinin səlahiyyətlərini icra edən Ayaz Sadiq bəyan edib.
O bildirib ki, aprelin 11-də yeni Baş nazirin seçkisi üçün səsvermə keçiriləcək.
Bundan əvvəl parlament baş nazir İmran Xana etimadsızlıq göstərib.
Ayaz Sadiq bəyan edib ki, Baş nazir postuna namizədlər bazar günü saat 14.00-a (Bakı vaxtı ilə 13.00) qədər sənədlərini təqdim etməlidir.