Papa Rusiya və Ukraynanı hücumu dayandırmağa çağırıb

Roma Papası Fransisk Ukrayna və Rusiyanı hücum cəhdlərindən əl çəkməyə çağırıb.

Azpost.info xəbər verir ki, Papa danışıqları təşkil etmək üçün öz nümayəndələrini Moskva və Kiyevə göndərməyə hazır olduğunu bəyan edib.

Roma Papası yalnız dialoqun tərəflərə irəliləyiş əldə etməyə kömək edəcəyinə əmin olduğunu bildirib. Və tərəfləri danışıqlar masası arxasına oturmağa çağırıb: “Tərəflərin istəklərinə yalnız danışıqlar masası arxasında nail olmaq olar, döyüş meydanında isə qeyri-mümkündür”.

Azpost.info

Əvvəlki məqalə

“Pullar döyüşçülərin ehtiyaclarına yönəldilsin!”

Sonrakı məqalə

Süni mayalanma reklamına görə 4 telekanala xəbərdarlıq edilib