Bu gün Parisdə Ukraynaya yardım konfransının iştirakçıları təxminən 1 milyard avro toplayıblar.
Azpost.info xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna brifinqdə bildirib.
“Konfrans Ukrayna əhalisinin qışdan çıxmasına kömək etmək üçün təxminən 1 milyard avro toplanmasına kömək etdi. Bu məbləğdən 415 milyon avro enerji sektoruna, 25 milyon avro su təchizatına, 38 milyon avro isə ərzaq təminatına yönəldiləcək”, – XİN rəhbəri deyib.
Onun sözlərinə görə, toplanan məbləğ Ukrayna prezidenti Vladimir Zelenskinin konfransın açılışında istədiyi 800 milyon avrodan artıqdır.
Ukraynanın Baş naziri Denis Şmıqal bu yardımı Kiyevə güclü dəstək siqnalı olduğunu deyib.
Ukraynaya maliyyə dəstəyi ilə bağlı konfransa Fransa prezidenti Emmanuel Makron sədrlik edib. Onun sözlərinə görə, bu dəfə müzakirələrdə əvvəllər Kiyevə yardımda daha az rol oynamış ölkələr iştirak edib.
Təşkilatçıların sözlərinə görə, Paris forumu 70-dən çox yüksək səviyyəli nümayəndəni bir araya toplayıb. Kiyevə yardımla bağlı növbəti konfrans 2023-cü ildə Londonda keçiriləcək.
Azpost.info