Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqda dindirilib

Ermənistan Baş naziri Nikol Paşinyan İstintaq komitəsi tərəfindən şahid qismində dindirilib.

Bu barədə “Azadlıq radiosu”nun Ermənistan bürosu İstintaq komitəsinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, İstintaq Komitəsinin Hərbi cinayətlərin istintaqı baş idarəsinin xüsusi əhəmiyyətli işlərin araşdırılması idarəsi bu ilin may ayının 4-dən etibarən, 44 günlük müharibə dövründə Ermənistanın yüksək vəzifəli şəxsləri tərəfindən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, törədildiyi ehtimal olunan cinayət faktı üzrə ilkin istintaq tədbirləri həyata keçirir.

İstintaq tədbirləri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan da şahid qismində dindirilib.

Paşinyanın dindirilməsini ölən hərbi qulluqçuların qohumları tələb edib və aprel ayından başlayaraq hökumət binasının və Baş prokurorluğun binası qarşısında aylarla davam edən aksiyalar zamanı bu tələblərlə çıxış ediblər.

Onlar Paşinyanın müttəhim qismində dindirilməsini tələb ediblər.

Paşinyanın nə vaxt dindirilməsi və hərbçilərin qohumlarının tələbi ilə onun barəsində hərbi cinayət törətməsi ittihamının irəli sürüləcəyi haqda dəqiq məlumat verilməyib.

Əvvəlki məqalə

“ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır”

Sonrakı məqalə

MEDİA jurnalistlər üçün peşə etikası ilə bağlı təlimlərə başlayıb