Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Paşinyan dövlət katibi Entoni Blinkenlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı danışıqları müzakirə edib.
Tərəflər Laçın yolundakı vəziyyət ətrafında fikir mübadiləsi aparıb.