“Paşinyan böyük səhvə yol verir”- RUSİYA XİN

Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya qarşı qəbuledilməz hücumlarının yer aldığı bəyanatı daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyəti öz üzərindən atmaq cəhdidir.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi bildirib.

“Ermənistan hökumətinin başçısı faktiki olaraq etiraf etdi ki, bütün bu müddət ərzində ölkəni bilərəkdən Rusiyadan üz döndərməyə hazırlayıblar. Ermənistanın inkişafı üçün yeni Qərb vektoru təyin etmək üçün atdığı addımları Rusiyanın səhvləri ilə əsaslandırır”, – XİN qeyd edib.

Nazirlik onu da bildirir ki, Rusiya Ermənistanın suverenliyinə hörmət edir və müttəfiqlik öhdəliklərinə sadiq qalır: “Moskva İrəvanla iqtisadi və investisiya əlaqələrini artırmaq siyasətini ardıcıl olaraq həyata keçirir. Həmçinin humanitar sahədə layihələrin irəliləyişini ləngitmək cəhdlərinə baxmayaraq, ümumi mədəni və təhsil məkanının gücləndirilməsinin tərəfdarıdır. Biz əminik ki, İrəvan rəhbərliyi qəsdən Ermənistan və Rusiya arasında çoxşaxəli və çoxəsrlik əlaqələri məhv etməyə və ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirməyə çalışaraq böyük səhvə yol verir”.

Azpost.info

Əvvəlki məqalə

“Pulların 15 faizi Nəcməddin Sadıkova çatırdı” –

Sonrakı məqalə

Azərbaycan və Türkiyə arasında sənədlər imzalanıb